British Council-ın təşkilatçılığı ilə “Müəllimlər üçün kurs” təşkil edilib

01/07/2015

BDU-nun İngilis dili kafedrasının müəllimləri Aybəniz Meybəliyeva, Fərəh Məmmədova, Zəhra Əhmədova, Sevinc Katibli, Nilufər Mahmudova iki turdan ibarət olan müsabiqədən keçərək  kursda iştirak etmək hüququ qazanıblar.

Kurs ingilis dili tədrisinin keyfiyyətinin yüksəldilməsi, təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı təlimçilər yetişdirilməsi, ixtisasartırma məqsədi daşıyıb. Kurs ingilis dili müəllimlərinə SABAH qruplarında dərs demək və 50 pilot məktəbdə təlimçi müəllim olmaq imkanı qazandırıb. Təlimlər British Council-ın təlimçiləri Nərminə Əliyeva, Dilçilik üzrə fəlsəfə doktoru, dosent Tahirə Axundova tərəfindən keçirilib. BDU-nun müəllimləri kursu müvəffəqiyyətlə bitirdikdən sonra British Council-ın Azərbaycan üzrə müdürü Elitabeth White tərəfindən sertifikatla təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 30 iyun 2015-ci il.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026