İbtidai sinif dərsliklərində dil və üslub problemləri təhlil edilib

05/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Azərbaycan dilinin tətbiqi məsələləri” elmi tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Ümumtəhsil  məktəblərinin ibtidai siniflərinin dərsliklərində və dərs vəsaitlərində Azərbaycan dili problemləri” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan laboratoriyanın böyük elmi işçisi Xatirə Vəliyeva seminarın mövzusunun əhəmiyyətinə diqqət çəkərək, orta məktəb dərsliklərində müşahidə olunan ədəbi dil normalarının pozulması hallarından söz açıb, xüsusilə orta məktəblərin ibtidai sinif dərslikləri və dərs vəsaitlərindəki Azərbaycan dili ilə bağlı problemlər haqqında  məlumat verib. Bildirib ki, dərsliklər tərtib olunan zaman  ədəbi dil normalarına  diqqət yetirmək  ən vacib məsələlərdən biridir.

ETL-in kiçik elmi işçisi İlhamə Hacıyeva orta məktəblərin ibtidai sinif dərslikləri və dərs vəsaitlərindəki problemli məqamları nümunələr əsasında təhlil edib, aşkar etdiyi faktlarla dərsliklərdəki dil və üslub qüsurlarına aydınlıq gətirib. Qeyd edib ki, dərsliklər tərtib olunan zaman ədəbi dilin normalarından əlavə, dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, termin seçiminə fikir verilməli, test tapşırıqlarında suallarının qoyuluşu zamanı 2021-ci ilin Azərbaycan dilinin orfoqrafiya və orfoepiya  lüğəti əsas götürülməlidir.

Sonra seminar iştirakçıları məruzə ətrafında müzakirələr aparıblar.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026