Bu gün 13 fakültə üzrə 5333 tələbə imtahan verib

13/01/2020

13 yanvar tarixində Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Fizika, Kimya, Biologiya, Coğrafiya, Geologiya, Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Jurnalistika, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültəsinin tələbələri imtahan veriblər. Ümumilikdə 13 fakültə üzrə 5333 tələbə imtahan verib.

Fizika, Biologiya və Coğrafiya fakültələri üzrə 64, Mexanika riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələri üzrə 49, Kimya, Ekologiya və torpaqşünaslıq, Geologiya fakültələri üzrə 32, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri üzrə 36, Jurnalistika, Sosial elmlər və psixologiya, Şərqşünaslıq fakültələri üzrə 59, ümumilikdə 240 qrup imtahanlarda iştirak edib.

İmtahan başa çatdıqdan sonra yazı işləri imtahana nəzarət edən müəllim-koordinatorlar tərəfindən yoxlama üçün ayrılmış auditoriyalarda rəhbər-koordinatorlara təqdim edilir. İmtahan yazı vərəqələri yoxlanıldıqdan sonra qəbul edilir və hər bir qrup üzrə tələbə sayı, imtahana gəlməyən və buraxılmayan tələbələrlə bağlı qeydlər edilir. Kodlaşma aparıldıqdan sonra müəllimlər yoxlamaya başlayırlar.  Hər bir sual 0-10 bal arası qiymətləndirilir və yazılmış hər bir qiymətlə bağlı əsaslandırma aparılır.

Qeyd edək ki, 2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək sessiya imtahanlarında müxtəlif səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla 2020-ci il fevral ayının 3-dən 7-dək həmin fənlərdən imtahan verə biləcəklər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024