Bu gün 2941 tələbə imtahanda iştirak edib

17/06/2020

Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
İyunun 17-də onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 146 fənn üzrə imtahan veriblər. Belə ki, bakalavriat səviyyəsi üzrə təhsil alan 126 qrup üzrə 2763 (40 nəfəri SABAH qrupları olmaqla), magistratura səviyyəsində isə 43 ixtisaslaşmada 20 fənn üzrə 178 magistrant imtahan verib.
BDU-nun Qazax flialında isə 297 tələbə imtahanlarda iştirak edib.
İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yaradılan texniki işçi qrupu tərəfindən yüksək səviyyədə həyata keçirilir. Onlayn şifahi formada “Microsoft Teams” platformasında keçirilən imtahanlar elektron yaddaşa yazılır. İmtahanda təqdim edilən biletdə 5 sualdan ibarət olur və sualların hər biri maksimum 10 bal ilə (ümumilikdə 50 bal) qiymətləndirilir.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Sessiya iyulun 10-da yekunlaşacaq.

 

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026