Bu gün 2984 tələbə imtahanda iştirak edib

23/06/2020


Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
İyunun 23-də onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 146 fənn üzrə imtahan veriblər. Belə ki, bakalavriat səviyyəsi üzrə təhsil alan 126 qrup üzrə 2733 (73 nəfəri SABAH qrupları olmaqla), magistratura səviyyəsində isə 68 ixtisaslaşmada 20 fənn üzrə 251 magistrant imtahan verib.
BDU-nun Qazax flialında isə 319 tələbə imtahanlarda iştirak edib.
İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yaradılan texniki işçi qrupu tərəfindən yüksək səviyyədə həyata keçirilir. İmtahanda təqdim edilən biletdə 5 sualdan ibarət olur və sualların hər biri maksimum 10 bal ilə (ümumilikdə 50 bal) qiymətləndirilir.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Sessiya iyulun 10-da yekunlaşacaq.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026