Bu gün 3010 tələbə imtahanda iştirak edib

30/06/2020

Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
İyunun 30-da onlayn formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə176 fənn üzrə imtahan veriblər. Belə ki, bakalavriat səviyyəsi üzrə təhsil alan 127 qrup üzrə 2749 (107 nəfəri SABAH qrupları olmaqla), magistratura səviyyəsində isə 71 ixtisaslaşmada 49 fənn üzrə 261 magistrant imtahan verib.
BDU-nun Qazax flialında isə 350 tələbə imtahanlarda iştirak edib.
İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yaradılan texniki işçi qrupu tərəfindən yüksək səviyyədə həyata keçirilir. İmtahanda təqdim edilən biletdə 5 sualdan ibarət olur və sualların hər biri maksimum 10 bal ilə (ümumilikdə 50 bal) qiymətləndirilir.
İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Sessiya iyulun 10-da yekunlaşacaq.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026