Bu gün Beynəlxalq Təhsil Günüdür

24/01/2021

Müasir dövrün tələblərinə və şərtlərinə uyğun olaraq təhsil hər bir xalqın həyatında və inkişafında mühüm rol oynayır. Qloballaşan dünyada təhsilin müstəsna xidmətləri olan sahələr günbəgün artmaqdadır. Dünyanın qabaqcıl ölkələrində də məhz təhsilli cəmiyyət və təhsilin inkişafına böyük diqqət göstərilir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT Baş Assambleyasının 2018-ci ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü bütün dünyada qeyd olunur.
BMT-nin qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.

Beynəlxalq Təhsil Günü münasibəti ilə UNESKO-nun baş direktoru Odre Azulenin 2019-cu ilin yanvarındakı təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır.
UNESKO-nun baş direktoru hazırda dünyada 262 milyon uşağın məktəbə getmədiyini diqqətə çatdırıb. 617 milyon uşaq və yeniyetmə isə oxuma və ibtidai hesablama bacarıqlarına malik deyil. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub.

Bu il Beynəlxalq Təhsil Günü “COVID-19 nəsli üçün təhsilin yenidən qurulması və canlandırılması” mövzusuna həsr olunub. Pandemiya 190-dan çox ölkədə məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin bağlanması, savadlılıq və ömür boyu təhsil proqramlarının təmin edilməsindəki fasilələr 1,6 milyard təhsilalanın həyatına təsir göstərib. Təhsili və ömürboyu öyrənməni pandemiyadan qurtarmaq üçün iş birliyini və beynəlxalq həmrəyliyi gücləndirərək təhsil sistemlərini gücləndirməyin zamanıdır.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

COVID-19 pandemiyası Azərbaycanda da təhsil sisteminə təsir göstərib. Pandemiya şəraitində Bakı Dövlət Universiteti də məsafədən təhsilin təşkili və idarə edilməsi işində mühüm yeniliklərə imza atıb. Microsoft Teams platforması üzərindən vahid tədris mərkəzi yaradılıb, həm müəllimlərin, həm də tələbələrin bir şəbəkə üzərindən akademik kommunikasiyası təmin olunub.
Bununla yanaşı, tələbələrin sosial və mədəni sahələrdə inkişafına dəstək məqsədilə Universitet xarici və yerli alimlərin ustad dərsləri, mühazirə və seminarlar təşkil edilmiş, konfrans, seminar və simpoziumlar keçirilmişdir.

Təhsilli kadr potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atan Bakı Dövlət Universiteti bu işin öhdəsindən layiqincə gələ bilmişdir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024