Bu gün Milli Mətbuat Günüdür

22/07/2021

Bu gün 146 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu orqanlarımız tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində misilsiz rol oynayıb.

Milli mətbuatımız bütün tarixi inkişafı boyu “Əkinçi” ənənələrinə sadiq qalıb, “Əkinçi məktəbi”nin davamçıları daim cəmiyyətin güzgüsü rolunu oynayıb.

Ölkəmizin ən böyük jurnalist kadrlar hazırlayan ali təhsil müəssisəsi olaraq, bu əlamətdar gün, 22 iyul - Milli Mətbuat günü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələrini təbrik edirik. Böyük peşəkarlıq və fədakarlıq tələb edən məsuliyyətli və şərəfli fəaliyyətlərində tükənməz enerji və uğurlar diləyirik.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026