Bu il BDU-nun SABAH qruplarını 244 məzun bitirir

04/07/2024

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında 2023/2024-cü tədris ilində bakalavriat səviyyəsində 11 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biotexnologiya, Biologiya müəllimliyi, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Hüquqşünaslıq, Kimya müəllimliyi, Psixologiya, Kompüter elmləri, Riyaziyyat müəllimliyi, Tarix müəllimliyi), 38 qrup üzrə  954 tələbə,  magistratura səviyyəsində isə 8 ixtisaslaşma (Ehtimal nəzəriyyəsi və riyazi statistika, Əməliyyatlar tədqiqi və sistemli təhlil, Jurnalistika, Kimyəvi kinetika və kataliz, Kompüter elmləri və texnologiyaları, Molekulyar biologiya, Nanohissəciklər fizikası, Nanohissəciklər fizikası (ingilis dili), Optimallaşdırma və optimal idarəetmə), 12 qrup üzrə 177 tələbə təhsil alıb.

Azərbaycanın 10 ali təhsil müəssisəsindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Bu tədris ilində BDU-nun SABAH qruplarını bakalavriat səviyyəsi üzrə 200, magistratura səviyyəsi üzrə isə 44 məzun bitirir.

Ümumilikdə son 8 ildə BDU-nun SABAH qruplarından 1888 tələbə məzun olub.

Ötən il BDU-nun SABAH məzunlarından 162 nəfəri Azərbaycanda, 25 nəfəri isə xaricdə magistraturaya daxil olub. BDU-nun SABAH qrupunun ötənilki məzunlarından 46 nəfəri yerli və xarici doktoranturalarda təhsil alır. Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılıb.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026