Bu il BDU-nun SABAH qruplarını 257 məzun bitirir

07/07/2022

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında 2021-2022-ci dərs ilində 9 ixtisas (Psixologiya, Hüquqşünaslıq, Kompüter elmləri, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Biologiya müəllimliyi, Tarix müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya müəllimliyi), 29 qrup üzrə 728 tələbə təhsil alıb.
Azərbaycanın 12 ali məktəbindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Bu tədris ilində BDU-nun SABAH qruplarını 257 məzun bitirir.
Ümumilikdə son 6 ildə BDU-nun SABAH qruplarından 1375 tələbə məzun olub.  
Ötən il BDU-nun SABAH məzunlarından 155 nəfəri Azərbaycanda, 17 nəfəri isə xaricdə magistraturaya daxil olub. BDU-nun SABAH qrupunun ötənilki məzunlarından 23 nəfəri yerli və xarici doktoranturalarda təhsil alır.
Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılıb.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026