Bu il BDU-nun SABAH qruplarını 268 məzun bitirir

06/07/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında 2022-2023-cü dərs ilində 9 ixtisas (Psixologiya, Hüquqşünaslıq, Kompüter elmləri, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Biologiya müəllimliyi, Tarix müəllimliyi, Riyaziyyat müəllimliyi, Kimya müəllimliyi), 32 qrup üzrə  822 tələbə təhsil alıb.

Azərbaycanın 10 ali təhsil müəssisəsindəki SABAH qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-dadır. Bu tədris ilində BDU-nun SABAH qruplarını 268 məzun bitirir.

Ümumilikdə son 7 ildə BDU-nun SABAH qruplarından 1643 tələbə məzun olub.

Ötən il BDU-nun SABAH məzunlarından 117 nəfəri Azərbaycanda, 17 nəfəri isə xaricdə magistraturaya daxil olub. BDU-nun SABAH qrupunun ötənilki məzunlarından 46 nəfəri yerli və xarici doktoranturalarda təhsil alır. Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026