Bu il BDU-nun Elmi Kitabxanası 55000-dən çox oxucuya xidmət göstərib

04/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası bu il 55000-dən çox oxucuya xidmət göstərib. Kitabxananın 50252-si tələbə və magistr, 4748-i professor-müəllim heyətindən ibarət olan oxucuları müxtəlif dillərdə çap və elektron resurslardan istifadə ediblər. Elmi Kitabxananın beynəlxalq nəşriyyatlarla əməkdaşlığı sayəsində istifadəçilər üçün 13000-dən çox elektron jurnal, 8000-ə yaxın elektron kitab və müxtəlif məzmunlu məlumat bazalarından istifadə imkanı yaradılıb. Kitabxanadan ən çox humanitar yönümlü fakültələrin tələbələri istifadə edib.

BDU-nun Elmi Kitabxanası həm nəzdində fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində, həm də respublika ali məktəb kitabxanalarının metodik mərkəzi kimi mütəmadi olaraq digər ali məktəb kitabxanalarında innovativ informasiya xidmətləri, beynəlxalq elektron resurslara çıxış, elmi araşdırmalar zamanı elektron resurslarda tammətnli məqalələrdən istifadə imkanları, beynəlxalq nəşriyyatların əməkdaşlarının iştirakı ilə məlumatlandırıcı-maarifləndirici xarakterli təqdimatlar, təlim-treninqlər keçirir.

2022-ci ildə Elmi Kitabxana Mübadilə-ehtiyat fondundan BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin kitabxanasına 153 adda (561 nüsxə), ADA Universitetinə 32 adda (140 nüsxə), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzinə 17 adda (50 nüsxə), Sumqayıt Dövlət Universitetinin Elmi Kitabxanasına 6 adda (140 nüsxə) kitab hədiyyə edib.

Qeyd edək ki, BDU-nun Elmi Kitabxanası respublika ali məktəb kitabxanaları arasında ən zəngin fonda, oxucu kontingentinə, qiymətli əlyazma və nadir nüsxələrə malikdir.

Xəbərlər

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!

BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
28/03/2024

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
28/03/2024

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
28/03/2024