Böyük Britaniyanın Bradford Universitetinin müəlliminin BDU tələbələri üçün ustad dərsi

10/05/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə Böyük Britaniyanın Bradford Universitetinin Biotibb və elektronika mühəndisliyi bölməsinin müəllimi və tədqiqatçısı Seyid Əli Bəhruz Xaqaninin “Süni bədən hissələrinin 3D printerdə çapı” mövzusunda ustad dərsi keçirilib.

Ustad dərsini giriş sözü ilə açan moderator, BDU-nun SABAH qruplarının müəllimi Elvin Hüseynov mövzunun əhəmiyyətini vurğulayıb, tələbələri məruzəçinin elmi fəaliyyəti ilə tanış edib.

Seyid Əli Bəhruz Xaqani müasir tibb və biologiya elmində tətbiq olunan 3D printerlərinin növləri, onların iş prinsipləri, tətbiq sahələri, özünün apardığı tədqiqat işlərinin nəticələri haqqında tələbələrə ətraflı məlumat verib.

Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb və müzakirələr aparılıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026