Böyük Britaniyanın “Quacquarelli Symonds” konsaltinq şirkətinin nümayəndəsi BDU-da

02/03/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) konsaltinq şirkətinin nümayəndəsi Veronika Omeni ilə görüşüb.

Rektor Elçin Babayev BDU-nun yeni inkişaf strategiyasına uyğun olaraq aparılan islahatlar və həyata keçirilən layihələr barədə qonağa məlumat verib. O, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması üçün kifayət qədər potensialının olduğunu və BDU-nun bu istiqamətdə də böyük uğurlar əldə etdiyini vurğulayıb.
Qonaqla BDU-nun QS beynəlxalq reytinqində təmsil olunması ətrafında fikir mübadiləsi aparılıb. Rektor işəgötürənlərlə əməkdaşlığa, yüksək təsir əmsalına malik elmi jurnallarda dərc olunan məqalələrin keyfiyyətinə və sayına, tələbə mobilliyinə, reytinqli universitetlərlə təcrübə mübadiləsinə, əcnəbi təhsilalanların cəlbinə diqqətin artırılması istiqamətində BDU-da görülən işlər barədə qonağa məlumat verib.

QS reytinqinin əsaslandığı meyarlar üzrə daha çox və keyfiyyətli informasiya verilməsinin vacibliyinə diqqəti yönəldən Veronika Omeni Universitetdə bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirib. Qonaq görüşdə universitetlərin QS reytinq cədvəlində yer alması meyarlarını ətraflı şəkildə açıqlayıb, siyahıya daxil olmaq üçün vacib olan müraciət formaları və şərtlər haqqında geniş məlumat verib. Bildirib ki, QS reytinqi üzrə meyarlar bu ildən yenilənib və akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqalələrə olan istinadlara, əcnəbi təhsilverən və təhsilalanların, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlər arasında olan nüfuza görə müəyyənləşdirilir.

Veronika Omeni bu ildən QS reytinqində məzunların işlə təmin olunması meyarına da ciddi önəm verildiyini qeyd edib, dayanıqlı inkişaf üzrə QS reytinqi haqqında da məlumat verib.

Sonda BDU-nun rektoru Elçin Babayev QS ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və mütəmadi olaraq QS məsləhət qrupu tərəfindən BDU əməkdaşlarına təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Veronika Omeni isə görüşə görə rektora təşəkkür edib, gələcəkdə də bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində addımların atılacağını bildirib.

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024