Böyük Elmi Şuranın növbəti iclası keçirildi.

06/05/2009

Mayın 6-da Bakı Dövlət Universitetinin yeni tədris korpusunun akt zalında, Böyük Elmi Şuranın növbəti iclası keçirildi. Ümumilli lider Heydər Əliyevin 86-ci ildönümünə həsr olunan tədbir, ulu öndərin fəhri xiyabandakı məzarını ziyarətlə başladı. Elmi Şuranın sədri rektor, millət vəkili, akademik Abel Məhərrəmov tədbiri açaraq ümumilli liderin şərəfli ömür yolundan bəhs etdi. Onun milli dövlətçilik tariximizdəki yerindən və rolundan danışdı. Çıxış edən digər natiqlər, BDU-nun tanınmış alimləri, ictimai xadimlər və tədbirə təşrif gətirən rəsmi nümayəndələr, hər il xatirəsi yad olunan ulu öndər Heydər Əliyevə xalq məhəbəttinin bu gün də davam etməsini onun müdrikliyi və uzaq görən siyasəti ilə bağladılar. Bu ənənənin illər sonra davam edəcəyinə ümid etdiklərini bildirdilər. Müasir Aəzrbaycanın memarı, ulu öndərimizin siyasi kursunun möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini də ümumilli liderimizin şəxsiyyəti, əvəzedilməzliyi ilə müqayisə etdilər.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun, YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət Əliyevin və digər rəsmi şəxslərin iştirak etdiyi tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzvlüyə qəbul olunan gənclərə partiya biletləri təqdim olundu.

Xəbərlər

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetində magistratura təhsili alacaq
01/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
01/07/2025

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib

BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib
01/07/2025