"Böyük qələbənin təməli" - BDU-da tədbir

03/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Böyük qələbənin təməli” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin dekanı Fuad Kərimli Aprel döyüşlərinin ordumuzun gücünü və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdiyini deyib. Bildirib ki, bu döyüşlər yalnız hərbi uğur deyil, milli birliyin və Vətən sevgisinin parlaq təzahürüdür.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxışında gənclərin üzərinə düşən məsuliyyətdən söz açıb. Qeyd edib ki, Aprel döyüşlərində əldə olunan uğur Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayıb.

Tədbir tələbələrin hazırladığı bədii hissə və Aprel döyüşlərindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026