Böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illik yubileyi qeyd edildi

10/03/2011

Bu gün Bakı Dövlət Universitetində böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov yaradıcılığı ilə müxtəlif mədəniyyətlərin sintezinə, bir-birini qarşılıqlı şəkildə zənginləşdirməsinə xidmət edən, ümumbəşər ideallar və dəyərlər aşılamağa çalışan bu böyük sənətkar və mütəfəkkirin 350 illik yubileyinin Bakı Dövlət Universitetində qeyd olunmasının sevindirici hal olduğunu bildirib. Bunun Türkmənistan ilə Azərbaycan arasında durmadan genişlənən və möhkəmlənən dostluq və qardaşlıq əlaqələrinə dəyərli töhfə olduğunu deyən rektor Prezident İlham Əliyevin Türkmənistana nəzərdə tutulan səfərinin münasibətlərimizin inkişafında yeni bir mərhələ olacağına ümid etdiyini qeyd edib.

Bakı Dövlət Universiteti və Türkmənistanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan konfransda çıxış edən Türkmənistanın ölkəmizdəki səfiri Toylı Kömekov türkmən ədəbiyyatının folklor dövrünün formalaşmasında Əndəlibin böyük rolu olduğunu qeyd edib. Azərbaycan alimləri tərəfindən türkmən ədəbiyyatının tədqiq edilməsini, türkmən ədəbiyyatı incilərinin Azərbaycan dilinə çevrilməsini böyük sevinclə qarşılayan səfir gələcəkdə iki ölkə arasında elmi-mədəni əlaqələrin daha genişlənəcəyinə inandığını söyləyib.

Daha sonra Azərbaycan alimləri Nigar İsmayılzadə, Bibisara Məmmədova, Aydan Xəndan böyük türkmən şairi Nurməhəmməd Əndəlibin yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış edib, tələbələr Azərbaycan və türkmən dillərində Əndəlibin “Oğuznamə” şeirini ifa ediblər.

Konfransın sonunda “Türkmənistan bu gün” filmi nümayiş etdirilib.

Mətbuat və İnformasiya şöbəsi, 10 mart 2011-ci il.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026