Cahangir Məmmədlinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” adlı kitabı çapdan çıxıb

20/09/2012

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Jurnalistika fakültəsinin nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədlinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” adlı kitabı çapdan çıxıb.

Dərslikdə jurnalistikanın inkişafı mərhələləri, mətbuat üzərində tarixi qadağa mexanizmləri, jurnalistikanın nəzəri konsepsiyası, peşə etikasının və hüquqi tənzimləmə prosesinin əsas aspektləri, Kütləvi informasiya vasitələrinin tipoloji xarakteristikası , mətbuat janrları, praktik fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət, telejurnalistikanın bəzi yaradıcılıq prinsipləri və s. məsələlər öz əksini tapıb.

Kitab universitetlərin jurnalistika ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuşdur.

Mətbuat və informasiya şöbəsi, 20 sentyabr 2012-ci il.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026