BDU-da Xalq artisti Cahangir Novruzovla görüş

04/12/2023

Bakı Dövlət Universitetində (BDU) tanınmış aktyor və rejissor, Xalq artisti, Türkiyənin Adana Çukurova Universitetinin professoru Cahangir Novruzovla görüş keçirilib.

Qonağı salamlayan BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev milli-mənəvi, mədəni dəyərlərin qorunmasında belə görüşlərin önəmini qeyd edib, suveren, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın çiçəklənməsində gənclərin böyük rola malik olduğunu qeyd edib. O bildirib ki, il ərzində BDU-da mədəni-kütləvi proqramlar təşkil olunur, tanınmış mədəniyyət xadimləri ilə görüşlər keçirilir.

Cahangir Novruzov Azərbaycanın ən qədim ali təhsil ocağının tələbələri ilə görüşün təşkilinə görə təşəkkürünü bildirib. Tanınmış sənətkar milli kino və teatr sənətinin hazırkı durumu, inkişaf perspektivləri, sənətə gəlişi, çəkildiyi filmlər, rol aldığı tamaşalarda yaratdığı obrazlar, Türkiyədəki fəaliyyəti barədə danışıb, tələbələrin suallarını cavablandırıb. O, Azərbaycanda yaşadığı dövrdə tamaşa və kinolarda çəkilişlər zamanı yaddaqalan məqamlarla bağlı xatirələrini gənclərlə bölüşüb, onlara öz tövsiyələrini verib.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026