Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri azad olunub
21/10/2020
Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib. Bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib.
"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
.png)
Xəbərlər
BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
BDU-ya qəbul olunanların nəzərinə!
BDU-ya qəbul olunanların nəzərinə!
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
