Cenevrə Universiteti ilə BDU arasında birgə əməkdaşlığın perspektivləri müzakirə edilib

05/03/2020

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar mərkəzində Cenevrə və Həştərxan Universitetlərinin müştərək layihəsi olan “Dayanıqlı su ehtiyatları üzrə təhsil şəbəkəsi”nin ekspertləri ilə elmi seminar keçirilib. Qonaqları salamlayan Mərkəzin direktoru Mustafa Muradov seminarın keçirilmə məqsədinin su ehtiyatlarının monitorinqi və idarə olunması, kəmiyyət və keyfiyyət göstəricilərinin təhlili, müasir dəyişmələri, BDU-da bu istiqamətdə görülən işlər barəsində fikir mübadiləsi aparmaq olduğunu vurğulayıb.

Su sistemlərindəki çirkləndiricilərin spesifikasına diqqət çəkən şəbəkənin rusiyalı direktoru, Həştərxan Universitetinin professoru Mixail Yegorov “Su ehtiyatları üzrə təhsil şəbəkəsi”nin yaranma səbəblərindən, şəbəkənin bu günə qədər həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. O qeyd edib ki, ekologiya, biomüxtəliflik və Xəzər dənizi hövzəsinin su ehtiyatlarına ətraf mühitin potensial təsir dairəsinin araşdırılması təhsil şəbəkəsinin əsas fəaliyyət istiqamətlərindəndir.

Su mikroorqanizmləri üzrə ekspert, Cenevrə Universitetinin professoru Vera Slaveykova “Dayanıqlı su ehtiyatları üzrə təhsil şəbəkəsi” (“Educational network for sustainable water resources”) mövzusunda təqdimatla çıxış edib. Molekulyar ekotoksikologiya, su bioehtiyatlarının, balıqların, yosunların sənaye miqyasında yetişdirilməsi, akvakultura sahəsində müasir texnologiyaların tətbiq olunması və əldə olunan nəticələrin tədrisi kimi məsələlərə aydınlıq gətirib. Ekspert qeyd edib ki, təbii suların  əsas çirklənmə mənbələri sənaye və kommunal çirkab suları, radioaktiv tullantılar, istilik və atom elektrik stansiyalarının isti suları və atmosferdir.

Məruzə görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb və yekun müzakirədə BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov, biologiya elmləri namizədi Çingiz Məmmədov və digər alimlərin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda birgə qrant layihələrinin həyata keçirilməsi, yay məktəblərinin təşkil olunması və nüfuzlu beynəlxalq jurnallarda elmi nəşrlərin hazırlanması üçün Cenevrə Universiteti ilə BDU arasında birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026