CERN-də nüvə fizikasının gələcəyi müzakirə olunub

29/10/2018

Oktyabrın 24-də İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN)  nüvə mərkəzlərinin proqramları müzakirə olunub. 400-dən artıq nüvə fizikinin qatıldığı konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun direktor müavini Anar Rüstəmov təmsil edib.

Müzakirələr əsasən, nüvələrin toqquşma prosesində istifadə olunan yüksək texnologiya, müasir cihaz və tədqiqat üsulları, nüvə fizikasının qarşısında duran və əsrin problemləri adlanan bir neçə fundamental məsələlərin həllinə həsr edilib. CERN–in Böyük Adron Kollayderinin dörd nəhəng təcrübəsi, eləcə də Super Proton Sinxrotronunda fəaliyyət göstərən və yaxın gələcəkdə quraşdırılması nəzərdə tutulan təcrübələrin fiziki proqramları müzakirə edilib, Almaniya, Rusiya, Amerika və Çində bu sahədə əldə olunmuş ən son nəticələr göstərilib və tikilməkdə olan nüvə mərkəzlərinin hazırkı statusu haqqında ətraflı məlumatlar verilib.

Mətbuat və informasiya şöbəsi, 29 oktyabr 2018-ci il

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026