BDU ilə “Bir kəmər və bir yol" Təşəbbüsü Beynəlxalq Yaşıl İnkişaf Koalisiyası arasında əməkdaşlıq genişlənir

21/09/2024

Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi ilə “Bir kəmər və bir yol" Təşəbbüsü Beynəlxalq Yaşıl İnkişaf Koalisiyasının (BRIGC) nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq imkanları, birgə elmi tədqiqat və araşdırmaların aparılması müzakirə edilib.

Görüşdə COP29 zamanı birgə stendlərin təşkili, yaşıl inkişafa dair layihələrin təqdimatı üçün əməkdaşlıq imkanları dəyərləndirilib. BDU və BRIGC nümayəndələri COP29 çərçivəsində qlobal əhəmiyyətli problemlərin həlli üçün birgə təkliflərin irəli sürülməsi və təcrübə mübadiləsi məqsədilə əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılığa gəliblər.

Görüş zamanı iki qurum arasında iqlim dəyişikliyi, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, ətraf mühitin qorunması və dayanıqlı inkişaf kimi qlobal əhəmiyyətli məsələlər üzrə birgə tədqiqatların aparılması müzakirə edilib. Bu istiqamətdə birgə akademik məqalələrin yazılması və nəticələrin beynəlxalq platformalarda yayılması planlaşdırılıb. Tərəflər həmçinin Universitetin tələbə və tədqiqatçılarına qrantların verilməsi və beynəlxalq tədqiqat proqramlarına inteqrasiyasını da müzakirə ediblər.

Görüş çərçivəsində BDU tərəfindən yaxın gələcəkdə yaradılması planlaşdırılan EKO Park layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Layihə çərçivəsində yaşıl texnologiyalar, ekoloji təhsil və davamlı inkişaf sahələrində BRIGC ilə əməkdaşlıq müzakirə edilib. BRIGC nümayəndələri EKO Parkda ekoloji maarifləndirmə və ekosistemlərin qorunması mövzusunda birgə “workshop”ların keçirilməsi, tələbə və gənc tədqiqatçılar üçün xüsusi təlimlərin təşkili imkanlarını nəzərdən keçiriblər.

Qeyd edək ki, BRIGC Çin Xalq Respublikasının təşəbbüsü ilə 2019-cu ildə yaradılmış beynəlxalq koalisiyadır. Koalisiya "Bir kəmər və bir yol" (Belt and Road Initiative - BRI) təşəbbüsünün davamlı və yaşıl inkişafını təmin etmək məqsədilə qurulub. BRIGC müxtəlif ölkələrdən hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor nümayəndələri və qeyri-hökumət təşkilatlarını bir araya gətirərək iqlim dəyişikliyi, ekoloji problemlərin həlli, təmiz enerji və davamlı inkişaf sahələrində qlobal əməkdaşlıq üçün platforma yaradır.

Koalisiyanın əsas məqsədi BRI çərçivəsində həyata keçirilən layihələrin ekoloji cəhətdən səmərəli və dayanıqlı olmasını təmin etmək, bərpa olunan enerji mənbələrinin inkişafını dəstəkləmək, iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq və qlobal miqyasda yaşıl texnologiyaların tətbiqini təşviq etməkdir. Koalisiya bu məqsədlərə nail olmaq üçün müxtəlif ölkələrdə tədqiqatlar aparır, təlimlər keçirir və ekoloji innovasiyaların tətbiqinə dəstək verir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024