“Clarivate Analytics” BDU-da növbəti seminar-təlim keçirib

18/10/2019

Bakı Dövlət Universitetində “Clarivate Analytics” agentliyinin növbəti ümumuniversitet seminar-təlimi keçirilib.
Seminarda BDU-nun rektoru Elçin Babayev, universitetin professor-müəllim heyəti, magistrant, doktorant və dissertantlar iştirak ediblər.

“Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” və “Yırtıcı jurnallarla mübarizə” mövzularında məruzə ilə çıxış edib.
Seminarda “Web of Science” platformasına daxil olmaq üçün məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələri təqdimetmə qaydaları, seçim meyarları, yırtıcı jurnallarla bağlı problemlər, elmi məhsuldarlıqla əlaqədar digər indentifikatorlar haqqında məlumat verilib. İneş Kenjina həmçinin “Clarivate Analytics”-də mütəmadi olaraq onlayn vebinarların keçirildiyini diqqətə çatdırıb, magistrant, doktorant, alim və pedaqoqları bu vebinarlardan yararlanmağa dəvət edib.
Seminarda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri tərəfindən 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə (self-citation) istinadı çıxmaq şərti ilə 247 dəfə) istinad olunub.

Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web of Science” bazasına daxil olan nəşrlərdə Universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026