"Clarivate Analytics" şirkəti növbəti seminarlara start verdi

18/04/2019

"Clarivate Analytics" şirkəti elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş növbəti silsilə onlayn seminarlara start verir. 
2019-cu il 15-25 iyun tarixlərində keçiriləcək seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, müxtəlif elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarılıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri, "yırtıcı" jurnallardan qorunmaq yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmək mexanizmləri və digər bu kimi vacib və aktual  məsələlərə toxunulacaq.

Ətraflı məlumatla tanış olmaq və seminarlar üçün qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://clarivate.ru/webinars

Bütün seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarlar üçün qeydiyyatdan keçmək məcburidir. Qeydiyyata dair video təlimat və seminarlara qoşulma ilə bağlı ətraflı məlumatı burdan əldə edə bilərsiniz.

Seminarlar bitdikdən bir ay sonra iştirakçılar sertifikatlarını ala biləcəklər. İndi 3 fərqli sertifikat əldə edə bilərsiniz .Ətraflı məlumat  "SERTFİKATI NECƏ ƏLDƏ EDİM" bölməsində yerləşdirilib.


Mətbuat və informasiya şöbəsi, 18 aprel 2019-cu il.


Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026