Clarivate Analytics şirkətinin eksperti İnnovasiyalar mərkəzində təlim keçib

17/02/2020

“Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, lingvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakayeva Bakı Dövlət Universitetinin İnnovasiyalar mərkəzində tədqiqatçı alimlərə təlim keçib.

Tədbiri keçirilmə məqsədindən danışan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, dosent Məmməd Rəcəbov Bakı Dövlət Universiteti və “Clarivate Analytics” arasında yaradılan əməkdaşlığın əhəmiyyətindən danışıb. O bildirib ki, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində artıq Bakı Dövlət Universitetdə keyfiyyətli tədrislə yanaşı, mükəmməl elmi-tədqiqat işləri də aparılır.

V.Kurmakayeva seminar iştirakçılarına “Web of Science” platformasına daxil olmaq, platformada axtarışın səmərəli aparılması, akademik yazı üslubu, elmi məqalələrin tərtibat qaydaları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar verib.

Disskusiya şəklində keçirilən təlimin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026