"Clarivate Analytics" şirkətinin nümayəndələri BDU-da

26/09/2025

Bakı Dövlət Universitetində (BDU) qlobal səviyyədə tanınmış "Clarivate Analytics" şirkətinin nümayəndələri ilə görüş olub. Görüşdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, "Clarivate Analytics" şirkətinin nümayəndələri Valentin Boqorov, Stephen Hautorne iştirak ediblər.

Görüşdə BDU-nun elmi-araşdırma potensialının qlobal standartlar üzrə optimallaşdırılması, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi və akademik təsir dairəsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Rektor Elçin Babayev qeyd edib ki, "Clarivate Analytics"lə əməkdaşlıq Universitetin beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəldilməsi, elmi sahədə yeniliklərin tətbiqi və tədqiqatçıların dəstəklənməsi üçün güclü baza yaradır. "Clarivate Analytics'in beynəlxalq akademik sahələrdə elmi nəşrlərin təsir gücünün qiymətləndirilməsi üzrə qabaqcıl mövqeyi bu əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayır.

Görüşdə elmi nəticələrin dəyərləndirilməsi və BDU-nun tədqiqatçılarının "Clarivate Analytics"in elmi resurslarına çıxışının daha da genişləndirilməsi ilə bağlı da müzakirələr aparılıb.
"Clarivate Analytics"in nümayəndələri Universitetin elmi fəaliyyətinin dünya səviyyəsində tanınması üçün effektiv həll yollarını təqdim ediblər. "Clarivate Analytics" tərəfindən təklif olunan resurslar və ixtisaslaşmış analitik alətlər sayəsində BDU-nun elmi təsir dairəsinin, istinad indeksinin və tədqiqatçıların beynəlxalq jurnallara çıxış imkanlarının yeni səviyyəyə qalxacağı vurğulanıb.

Xəbərlər

Qürur və şərəf günü

Qürur və şərəf günü
20/01/2026

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”
20/01/2026

BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20/01/2026