“Cəmiyyət və təhsilin inkişaf strategiyası” mövzusunda VI Respublika elmi-praktik konfransı keçirilib

05/05/2014

Bu gün Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Cəmiyyət və təhsilin inkişaf strategiyası” mövzusunda VI Respublika elmi-praktik konfransı keçirilib. Tədbiri giriş sözü ilə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov açaraq, təhsil sahəsində islahatlardan, bu sahədə mövcud olan problemlərdən bəhs edib. Daha sonra məruzələrlə Qafqaz Universitetinin pedaqoqika kafedrasının müdiri, professor Əjdər Ağayev və BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə çıxış ediblər. Daha sonra konfrans öz işini bölmələrlə davam etdirib.

Mətbuat və İnformasiya şöbəsi, 05 may, 2014-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026