“Əcnəbi tələbələrin Novruz töhfələri”

17/03/2022

Bakı Dövlət Universitetində (BDU) “Əcnəbi tələbələrin Novruz töhfələri” adlı musiqili tədbir keçirilib.

Tədbirdə BDU-nun Hazırlıq sektorunda təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

Əvvəlcə Hazırlıq sektorunun tələbəsi Merve Çalışkan Novruz bayramının tarixi ilə bağlı məlumat verib. O qeyd edib ki, Novruz Azərbaycanda, Türkiyədə, bir sıra Şərq ölkələrində yazın gəlişi, təbiətin oyanışı bayramıdır. Novruzun həm də bərabərlik, sülh, barış bayramı olduğunu vurğulayan türkiyəli tələbə bildirib ki, bu bayramın əsasında insana, təbiətə nəfəs verən 4 ünsürün (su, od, hava, torpaq) oyanması dayanır.

Daha sonra Bahar qızı, Novruzun əsas personajları olan Kosa və Keçəl öz təbriklərini tələbələrə çatdırıblar.

BDU-nun Türkiyədən, Çindən olan xarici tələbələrinin ifasında Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar, xalq mahnıları səslənib, milli xalq oyunları, rəqslər ifa olunub.

Tədbir tələbələrin Novruzun əsas adətlərindən olan yumurta döyüşdürməsi ilə başa çatıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026