Coğrafiya fakültəsində Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

10/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Bayraq Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr iştirak edib.

Fakültə dekanı Şəkər Məmmədova tədbiri giriş sözü ilə açaraq iştirakçıları Bayraq Günü və tarixi şəhərimiz Şuşanın azad olunması münasibətilə təbrik edib. Dekan bayrağımızın tarixən keçdiyi yol barədə məruzə ilə çıxış edib, milli kimliyimizin rəmzi olan bayrağın müqəddəsliyindən bəhs edib.

Tədbirdə professorlar Tapdıq Həsənov, Məqsəd Qocamanov, dosentlər Həbibə Soltanova, Saleh Nağıyev, Ramiz Əhlimanov, Rəna Umudova, İradə Əliyeva, 2016-cı il aprel döyüşlərinin iştirakçısı III kurs tələbəsi Ramil Əmiraslanov, fakültə

Tələbə Həmkarlar Təşkilatının sədri Asif Abduləlimov çıxış edərək bu tip tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını bildirərək Vətən müharibəsində qazanılan tarixi qələbədən, bayrağımızın azad olunmuş ərazilərdə yüksəldilməsindən söz açıblar.

Sonda “Bayraq günü”nə həsr olunmuş film nümayiş etdirildi.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026