Coğrafiya fakültəsində ekomeliorativ qiymətləndirilmə müzakirə edilib

28/01/2021

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Qarabağ-Mil düzü landşaftlarının ekomeliorativ qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Coğrafiya fakültəsininn dekanı Şəkər Məmmədova tədqiqat işinin əhəmiyyətindən danışaraq dövrün qlobal problemlərindən biri olan ekoloji mühitin  çirklənməsi, sıradan çıxması və bərpası istiqamətində gorüləcək ekomeliorativ tədbirlərin aparılması, həmçinin aparılma yollarından söz açıb.

Daha sonra Fiziki coğrafiya kafedrasının doktorantı Təvəkkül Sadiqov mövzu haqqında təqdimatla çıxış edib. Məruzədə Qarabağ və Mil düzlərinin kəskin transformasiya məruz qalmış müasir landşaftlar olduğunu vurğulayaraq, burada su resursları ilə bağlı uzun illər problemlər yaşanmasını diqqətə çatdırılıb. Ekomeliorativ qiymətləndirmənin əsasları, meliorasiya olunmuş torpaqların hidrogeoloji şəraiti və yeraltı suların rejimi, balansının formalaşmasının ümumi qanunauyğunluqları, torpaqların şorlaşması, ekomeliorativ prinsiplər haqqında məlumat verilib.

Fakültənin professor-müəllim heyətinin suallarını cavablandıran natiq təbii komponentlərin meliorativ qiymətləndirilməsini regionun bütün ekocoğrafi xüsusiyyətləri ilə əlaqələndirilərək, ekomeliorativ xüsusiyyətlərə aid kartoqrafik materiallar təqdim edib.

Dissertantın elmi rəhbəri, professor Yaqub Qəribov, professor Məqsəd Qocamanov, dosentlər Saleh Nağıyev, Nərminə Seyfullayeva, İradə Əliyeva, Ramiz Əhlimanov, Tahirə Qəhrəmanova mövzu ətrafında çıxış edərək araşdırmanın coğrafiya elminin inkişafında mühüm töfhə kimi yüksək dəyərləndiriblər.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026