Coğrafiya fakültəsində Zəfər Günü ilə bağlı tədbir keçirilib

10/11/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində Zəfər Günü ilə bağlı Vətən müharibəsi qazilərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri III kurs tələbəsi Mədinə Quluzadə açaraq Vətən müharibəsi haqqında danışıb, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib.

Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi olduğunu bildirib, Vətən müharibəsində Universitet, fakültə tələbə və məzunlarının rolunu, xalqımızın birliyi və qələbəyə inamının şanlı qələbəmizdə əsaslı rol oynadığını diqqətə çatdırıb. Coğrafiya fakültəsinin şəhid məzunu Nurlan Əbilov daxil olmaqla, qazi və müharibə iştirakçıları barədə məlumatlar professor-müəllim və tələbələrə təqdim olunub.

Tədbirdə çıxış edən qazilər və müharibə iştirakçılardan Turqut Səmədbəyli, Cavid Aşirov, Mehdi Həşimov, Aslan Quliyev, Sənan Quliyev, Özal Abulbəyli, Vüsal Məsiyev və onun  döyüş yoldaşları müharibə dövrünə aid xatirələrini bölüşüb, gənclərin vətənpərvərlik ruhunda yetişməsinin önəmini vurğulayıb, Vətən müharibəsi dövründə xalqımızın birliyindən danışıb.

Fakültənin müəllimləri - Həbibə Soltanova, Ramiz Əhlimanov çıxış edərək qələbənin əhəmiyyətindən danışıblar.

 

Xəbərlər

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq
02/07/2026

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026