“COVID-19” mövzusunda keçirilən “I Respublika Virtual Debat Çempionatı”nın qalibi müəyyən oldu

27/11/2020

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “I Respublika Virtual Debat Çempionatı"nın final oyunu və bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vüqar İsgəndərov, Şahin Seyidzadə, ADU-nun rektorunun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, NAYORA-nın sədri Azər Əliyev, YAP İcra Katibliyinin Gənclərlə İş qrupunun rəhbəri Elmar Məmmədov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, təşkilat rəhbərləri, nümayəndələri və 100-dən çox gənc iştirak edib.
Finala vəsiqə qazanan DeBal (BAL və BDU) və DeBabat (ADU) komandaları Milli Debat Proqramının koordinatoru Aytən Cəbrayılovanın moderatorluğu ilə ““COVID-19” pandemiyası yeni dünya düzəninin formalaşdırılmasına gətirib çıxaracaq” mövzusu ətrafında debat aparıblar.
Çempionatın qalibi Bakı Avropa Liseyinin şagirdləri Səmrə Həsənova, Zəhraxanım Şeydayeva və Bakı Dövlət Universitetinin tələbəsi Ümid Mahmudovun təmsil etdiyi “DeBal” komandası olub.
Çempionatın ən yaxşı 1-ci natiqi Ümid Mahmudov (BDU), 2-ci ən yaxşı natiqi Lamiə Əhmədzadə (ADU), 3-cü ən yaxşı natiqi isə Zeyd Əziz (ADNSU) seçilib. Ümumilikdə isə, 18 gənc ən yaxşı natiq nominasiyası əldə edib.
Qeyd edək ki, layihə 3 ay ərzində 11 şəhər, 42 rayondan olan 500-dən çox gənci əhatə edib və çərçivəsində 100-dən çox debat oyunu keçirilib.

http://newscenter.az/2020/11/27/html

Xəbərlər

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır
06/07/2026

BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub

BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub
06/07/2026

BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır
06/07/2026