“COVID-19"un insan həyatına təsiri və zərərləri” mövzusunda tədbir keçirilib

28/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, Mexanika-riyaziyyat, Kimya və Biologiya fakültələrinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ""COVID-19"un insan həyatına təsiri və zərərləri" mövzusunda onlayn tədbir keçirilib. ​  Sosial elmlər və psixologiya fakültəsi TGT sədri Cəfər Gözəlov tədbiri açaraq koronavirus pandemiyası, virusun ümumi əlamətləri, sosial və psixoloji təsiri haqqında məlumat verib.  Sonra Sosial elmlər və psixologiya fakültəsinin TGT sədr müavini Nərmin Heydərova koronavirusun insanlara psixoloji təsiri barədə danışıb. O, tələbələrə karantin müddətində onlayn sosial və akademik fəaliyyətlər haqqında məlumat verib.

Daha sonra Mexanika-riyaziyyat fakültəsinin TGT sədri Katya İbrahimli COVID-19 infeksiyasına yoluxanların ölkəmizdəki statistikası haqqında təqdimatı tələbələrə təqdim edib.

Kimya fakültəsinin TGT sədri Əli Qədirli isə koronavirusun kimyəvi tərkibi haqqında çıxış edərək infeksiyanın spesifik xüsusiyyətlərindən bəhs edib. Şərqşünaslıq fakültəsinin TGT sədri İmran Sayılov koronavirus pandemiyası haqqında dünyada yayılan xəbərləri və xəstəliyin riskləri barədə məlumatı tələbələrlə bölüşüb.

Sonda Biologiya fakültəsinin TGT sədri Vüsal Məmmədrəhimovun COVID-19 infeksiyasının insan orqanizminə təsiri haqqında çıxışı dinlənilib.

Tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırıb, maraqlı faktlar müzakirə olunub.

Microsoft Teams platforması üzərindən baş tutan tədbirdə 250 nəfərə yaxın tələbə qatılıb.

Xəbərlər

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır

BDU dərman kimyası üzrə mütəxəssis hazırlığına başlayır
06/07/2026

BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub

BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub
06/07/2026

BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır

BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır
06/07/2026