İcra başçısı BDU-nun Qazax filialında imtahan sessiyası ilə maraqlanıb

27/06/2019

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bakı Dövlət Universitetinin Qazax filialında olub, yaz semestrinin imtahan sessiyası ilə maraqlanıb.

Filialın direktoru Arif Rüstəmov imtahanlar barədə məlumat verərək nəzarət komissiyasının  yaradıldığını, müəllim-koordinatorların bölgüsünün  aparıldığını, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün filialda lazımi şəraitin təmin edildiyini bildirib. İyunun 3-dən start götürən imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradıldığını diqqətə çatdırıb. Qəragahın nəzdində fəaliyyət göstərən "Qaynar xətt”ə daxil olan müraciətlərin dərhal araşdırıldığını vurğulayıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciət etmələri, bundan əlavə, valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradıldığını qeyd edib.

İcra başçısı imtahanların keçirildiyi auditoriyalarda olub, tələbələrlə görüşərək onlarla səmimi söhbət edib, imtahanların şərtləri, tələbələri maraqlandıran sualları və onlara yaradılan şəraiti tələbələrin öz dillərindən eşidib.

Sonra icra başçısı filialın Heydər Əliyev auditoriyasında professor-müəllim heyəti ilə görüşüb, imtahanların obyektiv və şəffaf keçirildiyini qeyd edib.

Sonda Arif Rüstəmov filiala göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.


Elçin İSMAYIL,

BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026