“İctimaiyyətlə əlaqələr və media” təlimi keçirilib

08/04/2019

5-8 aprel tarixlərində BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və BDU Jurnalistika fakültəsinin əməkdaşlarına “İctimaiyyətlə əlaqələr (PR) və media” mövzuda təlim-seminar keçib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in informasiya istehsal edən və paylaşan bir qurum olduğunu vurğulayaraq ictimaiyyətlə əlaqələrin, media ilə işin təşkilinin daha peşəkarcasına qurulmasının vacibliyinə diqqət çəkib. L.İmanova təlim-seminarın Jurnalistika fakültəsi ilə 2018-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirildiyini bildirib. BDU Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu təlim zamanı müasir dövrdə media ilə, ictimaiyyətlə əlaqələrin qurulması, press-relizin yazılması və müsahibənin verilməsi qaydaları, böhran vəziyyətində müəssisənin rəhbərliyinin, PR işinə cavabdeh şəxslərin davranışları və s. mövzularda geniş məlumat verib. V.Zifəroğlu ictimaiyyətlə əlaqələri düzgün istiqamətdə tənzimləməyin, müəssisənin fəaliyyəti haqqında mediaya dolğun məlumat ötürməyin vacibliyindən bəhs edib. Dünyada PR anlayışına 500-dən artıq tərif verildiyini deyən V.Zifəroğlu PR dedikdə “imicin idarə edilməsi” tərifinə üstünlük verdiyini və PR ilə bağlı addımların məhz bu anlama yönəldilməsinin vacibliyini vurğulayıb. İnteraktiv şəkildə keçən təlimdə iştirakçılar sual və təkliflər ünvanlayaraq mövzu barəsində fikirlərini səsləndiriblər. İkigünlük tədbirin sonunda təlimin iştirakçılarına sertifikatlar, BDU əməkdaşlarına isə sertifikatla yanaşı kitabxananın bir illik oxucu kartı təqdim edilib. Gələcəkdə hər iki qurumun birgə şəkildə təlim, seminar və tədbirlər keçirməsi qərarlaşdırılıb.

Mətbuat və informasiya şöbəsi, 08 aprel 2019-cu il.

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026