DAAD BDU tələbələri üçün məlumat tədbiri keçirib

06/05/2022

Bakı Dövlət Universitetində (BDU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) tələbələr üçün məlumat tədbiri keçirilib.

Görüşdə çıxış edən DAAD-ın regional ofisinin Azərbaycan üzrə koordinatoru Sevər Qarayeva tələbələrə Almaniya, burada təhsil və tədqiqat imkanları barədə ətraflı məlumat verib. O, həmçinin görüş iştirakçılarını DAAD-ın təqaüd proqramları barədə məlumatlandırıb. Bildirib ki, 1950-ci ildə yaradılan DAAD təqaüdlərini indiyədək 1 milyondan çox insan qazanıb və təhsilini Almaniyada davam etdirib. Azərbaycan Almaniyada DAAD təqaüdləri ilə təhsil almaq sayına görə dünyada ikinci yerdədir.

Sevər Qarayeva vurğulayıb ki, Almaniya əcnəbi tələbələr arasında populyar olan 5 ölkədən biridir. 9 ölkə ilə həmsərhəd olan Almaniyada təhsil tələbələrə əlavə səyahət imkanı qazandırır, eyni zamanda bu ölkədə dövlət universitetlərinin əksəriyyəti pulsuzdur.

Daha sonra Sevər Qarayeva BDU tələbələrinin suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026