Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru Şarustam Şamusarov BDU-da ustad dərs keçib

18/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir ərəb ədəbi dilində alınma sözlər” mövzusunda ustad dərs keçirilib. Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası kafedrasının müdiri professor Şarustam Şamusarov müasir ərəb dilində istifadə olunan alınma sözlərə dair problemə geniş şərh verib, öz yanaşma tədqiqat metodu haqqında ətraflı bəhs edib.

Sonra BDU-nun Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov və dosent Vüqar Qaradağlı mövzu ilə bağlı çıxış ediblər.

Tədbirin sonunda Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə və Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Beynəlxalq reytinqlər üzrə şöbəsinin koordinatoru Nilufər İmomova belə elmi disputların elmi müəssisələr arasında əlaqələrin inkişafına xidmət etdiyini qeyd ediblər.

Ustad dərsinin sonunda bu cür tədbirlərin davamlı təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026