Dağıstan Dövlət Universitetinin nümayəndə heyəti BDU-da

25/06/2014

Mayın 26-27 tarixlərində Dağıstan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nuhqədi Ramazanov, İqtisadiyyat fakültəsinin dekanı, HK İdarə heyətinin üzvü, professor Cavat Cavatov və Siyasi İqtisad kafedrasının müdiri, HK İdarə heyətinin üzvü professor Nizami Əskərov 2 günlük işgüzar səfərlə BDU-da olublar. Həmin müddətdə qonaqlar BDU Həmkarlar İttifaqı Komitəsinin işi ilə yaxından tanış olmuş, təcrübə mübadiləsi ediblər. Bununla bərabər qonaqlar BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat, Ekologiya və Torpaqşünaslıq, Biologiya, Kimya fakültələrində, Nanotexnologiya və Nüvə- maqnit rezonansı laboratoriyalarında, bir neçə kafedrada, muzeylərdə olmuş, BDU-nun rəhbərliyi ilə tanış olublar.

Sentyabr ayında Nalçik şəhərində keçiriləcək Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 27-ci qurultayına hazırlıqla əlaqədar fikir mübadiləsi aparılıb.

Mətbuat və İnformasiya şöbəsi, 27 iyun 2014-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026