Deloitte Azərbaycan şirkətinin nümayəndələri BDU tələbələri üçün təqdimat ediblər

15/03/2018

Karyera, Praktika və məzunlarla əlaqə mərkəzinin təşəbbüsü ilə Deloitte Azərbaycan şirkətinin nümayəndələri, Risklər üzrə məsləhətlər şöbəsinin direktoru Tural Hacıyev, məsləhətçisi Ülkər Şirinbəyli və İnsan Resursları şöbəsinin əməkdaşı Əfsanə Lətifova Tətbiqi Riyaziyyat və kibernetika, Hüquq fakültələrinin tələbələri üçün təqdimat keçiriblər.  Təqdimatda Deloitte şirkəti barədə məlumat tələbələrin diqqətinə  çatdırılıb, işə qəbul prosesi, şirkətdə karyera imkanları və imtiyazlar, vakant yerləri barədə məlumat verilib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Deloitte şirkəti audit, vergi, hüquq və konsaltinq sahələrində peşəkar xidmətlər təklif edən ən aparıcı şirkətlərdən biridir. Artıq on ildir ki, Deloitte şirkəti Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hazırda şirkətin Bakı ofisində 110 nərdən artıq işçi çalışır.

Mətbuat və informasiya şöbəsi, 16 mart 2018-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026