Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində BDU tələbələri ilə görüş

03/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisasının IV kurs tələbələri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev və komitənin əməkdaşları ilə görüşüblər.

Tələbələrə həmin şöbənin fəaliyyəti ilə bağlı ümumi məlumat verilib. Qeyd edilib ki, şöbə ölkədə dini sahədə tolerantlıq mühitinin qorunması, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində maarifləndirmə işinin təşkilini həyata keçirir. Bu məqsədlə vətəndaşların, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı müxtəlif formatda maarifləndirici tədbirlər  həyata keçirilir.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və diskussiya aparılıb.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026