“Diplomatik etiket” adlı layihənin iştirakçılarına sertifikatlar təqdim olunub

27/01/2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Diplomatik etiket” adlı layihə başa çatıb. Layihənin keçirilməsində məqsəd beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələrə diplomatik sahədə praktik biliklərinin artırılmasında kömək etməkdir. Təhsil müddətində elmi-nəzəri biliklərə yiyələnən tələbələrə bu sahədə praktik bilikləri artırmaq məqsədilə təlimlər keçirilib. Layihə iştirakçılarına diplomatiyanın tarixi, əsas anlayışlar və praktik təcrübədə rast gələn məqamlar haqqında məlumatlar verilib.

Layihənin sonunda iştirakçılara sertifikat təqdim olunub.

Qeyd edək ki, layihənin rəhbəri BDU-nun Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimovdur.

Mətbuat və informasiya şöbəsi, 27 yanvar 2016-cı il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026