DİQQƏT!!! Bakı Dövlət Universitetinə 2012-2013-cü tədris ilində qəbul olunmuş abituriyentlərin nəzərinə!

21/08/2012

ABİTURİYENTLƏRİN  NƏZƏRİNƏ!


BAKI  DÖVLƏT  UNİVERSİTETİNƏ 2012-2013-cü TƏDRIS İLİNDƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ   TƏQDİM ETMƏLİDİRLƏR:

 

  1. Abi­tu­ri­yentin Bakı Dövlət Universitetinə qəbulu haqqında TQDK-nın müsabiqə nəticələri barədə çap edilmiş vərəqi (TQDK-nın saytindan çap edin).
  2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi sənədin əsli
  3. Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə müqavilə (2 nüsxədə)
  4. Şəxsiyyət vəsiqəsinin əsli və surəti
  5. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadət­na­mənin əsli və surəti (oğlanlar üçün)
  6. Tibbi arayış (Forma 086)
  7. Fotoşəkil (Rəngli, 3x4 ölçüdə, 6 ədəd)
  8. Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yenin korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaqdır).

 

Sənədlərin qəbulu avqust ayının 23-dən 31-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900 -1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcəkdir.

 

BDU-nun sənəd qəbulu komissiyası

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026