Direktor İrina Sopilko akademik Abel Məhərrəmova təşəkkür edib

06/03/2017

Ukrayna Milli Aviasiya Universitetinin Tədris-Elmi Hüquq İnstitutunun direktoru, professor İrina Sopilko Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib. BDU-nun 10-dan artıq aliminin Ukrayna Milli Aviasiya Universitetinin Tədris-Elmi Hüquq İnstitutu tərəfindən keçirilən “VII Qloballaşma şəraitində insan təhlükəsizliyi: müasir hüquqi paradiqmalar" adlı beynəlxalq konfransda iştiraklarına görə təşəkkür edən professor İrina Sopilko Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, professor Turqay Hüseynovun plenar iclasdakı çıxışlarını xüsusilə qeyd edib. Professor İrina Sopilko BDU ilə gələcək əməkdaşlığın daha da səmərəli olacağına əminliyini ifadə edib.

Mətbuat və informasiya şöbəsi, 06 mart 2017-ci il


Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026