Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi BDU tələbələri ilə görüşüb

17/10/2024

Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasında təhsil alan tələbələrlə görüşüb.

BDU-nun Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev sosial iş təhsili ilə xidmət sektorunun əməkdaşlığı istiqamətində bu cür görüşlərin əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, tələbələrin Universitetdə biliklə yanaşı, sosial iş istiqamətində praktik bacarıqlar əldə etməsi çox vacibdir.

Xidmətin rəisi Vüqar Ağayev gələcəyin sosial işçilərini probasiya sahəsində könüllü fəaliyyətə, birgə əməkdaşlığa dəvət edib. Probasiya xidməti ilə bağlı birgə tədqiqat işlərinin aparılması, təşəbbüslərin göstərilməsi, ideya bankının yaradılaraq gerçəkləşdirilməsinin lazım olduğunu deyib.
Görüş iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026