"İdman könüllüləri və azarkeşləri" İctimai Birliyinin baş katibi BDU könüllüləri ilə görüşüb

20/04/2023

"İdman könüllüləri və azarkeşləri" İctimai Birliyinin baş katibi Amal Əliyev Bakı Dövlət Universitetinin (BDU) könüllüləri ilə görüşüb.

Amal Əliyev təşkilatın könüllülük proqramı barədə məlumat verib, idman könüllüləri və azarkeşlərinin daim ölkəmizin idman siyasətinə töhfə vermək üçün çalışdığını bildirib.  O, təşkilata üzvlük qaydaları, gələcək layihələri ilə bağlı məlumatları tələbələrin diqqətinə çatdırıb, könüllülük fəaliyyətinin üstünlüklərinə dair fikirlərini bölüşüb.

Basketbol üzrə 18 yaşdan ibarət millimizin üzvləri Murad Babayev və Əlibəy Məmmədli idman yarışlarının təşkilində azarkeşlərin və könüllülərin rolunun böyük olduğunu və idmançılarımıza ruh yüksəkliyi verdiklərini qeyd ediblər. Onlar BDU könüllülərini iyul ayında Azərbaycanda keçiriləcək basketbol üzrə Avropa çempionatında komandamızı dəstəkləməyə dəvət ediblər.

Sonda qonaqlar könüllülərin suallarını cavablandırıblar.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026