"Dünya azərbaycanlılarının həmrəylik günü"nə həsr olunmuş bilik yarışması

15/12/2015

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin tələbələri arasında "Dünya azərbaycanlılarının həmrəylik günü"nə həsr olunmuş bilik yarışması keçirilib. Yarışma Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və “Günəşli” yatağındakı faciə ilə bağlı bir dəqiqəlik sükutla açıq elan olunduqdan sonra başlayıb. Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən 5 mövzu üzrə verilən 25 sualı cavablandıran komandalardan ilk üç yeri tutan komanda sertifikatla təltif olunub. Yarışmanın təşkilatçısı AGİT-in Təhsil Departamentinin rəhbəri Yusif Ulduzoğlu və Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Emil Əhmədzadədir. Qalib komandaları təbrik edirik!

Mətbuat və informasiya şöbəsi, 15 dekabr 2015-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026