Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti BDU-da olub

07/09/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti, dr. İvo Slausu, Akademiyanın İdarə Heyətinin sədri Garri Ceykobsu qəbul edib.

Qonaqlara BDU haqqında məlumat verən rektor, universitetin üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən, bu qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə qrant və proqramlardan, universitetdə təhsil alan və təhsil almaq istəyində olan xarici tələbələrdən danışıb.

Azərbaycanın klassik universitetində olmaqdan məmnunluğunu ifadə edən Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti İvo Slausun sözlərindən məlum olub ki, təmsil etdiyi qurum 1969-cu ildən fəaliyyət göstərir və hazırda dünyanın ən nüfuzlu 675 alimindən ibarət üzvü olan elm mərkəzidir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Bakı Dövlət Universiteti ilə Dünya Elm və Mədəniyyət Akademiyası arasında əlaqələrin yaradılması, müştərək konfrans və simpoziumların keçirilməsi, birgə proqram və layihələr üzərində işlənilməsi qərara alınıb.

Sonda qonaqlar Heydər Əliyev muzeyi, tədris, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 7 sentyabr 2013-cü il.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026