Dünyanın aparıcı biznes məktəbləri Bakıda

02/11/2011
QS World MBA Tour dünyanın aparıcı biznes məktəblərini ( IE Bisiness School  • INSEAD • Hult Business School • Thunderbird  • CEU Business School • EADA • Leeds və bir çox başqa) 3 noyabr günü Bakıya gətirir. QS World MBA Tour – hər il 90-dan çox şəhərdə biznes təhsili üzrə dünyanın ən böyük sərgilərinin təşkili deməkdir. 3 noyabr günü Bakıda keçiriləcək sərgi Park İnn otelində baş tutacaq. Sərgi iştirakçılara məktəblərin qəbul komissiyalarının rəsmi təmsilçiləri və məzunları ilə birbaşa əlaqə yaratmaq imkanı verəcək. Tədbirdə Full-time, Part-time ve Executive MBA proqramları, qəbul prosesi, təqaüdlər və sonrakı fəaliyyət sahələri haqqında məlumat əldə etmək mümkün olacaq. Sərgidə iştirak edən namizədlər QS-in hər hansı bir təqaüdünü qazanmaq üçün müraciət edə bilərlər.  QS-in bu ilki ümumi fondu $ 1.200.000 təşkil edir. Qəbul komissiyalarının direktorları və sənədlərinizi dəyərləndirəcək şəxslər ilə görüşmək, MBA proqramları arasında sizə hansının daha uyğun olduğunu, GMAT səviyyəsinin yaxşılaşdırma yollarını öyrənmək, karyera imkanları haqqında məlumat əldə etmək üçün QS World MBA Tour sərgisində iştirak edə bilərsiniz.

Mətbuat və İnformasiya Şöbəsi, 02 noyabr 2011-ci il.

Xəbərlər

BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub

BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub
20/04/2024

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
20/04/2024

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024