Doktorant və dissertantların ixtisas üzrə doktorluq imtahanı keçirilib
30/06/2020
Bakı Dövlət Universitetində (BDU) 2222.01 - “Nanoquruluşların fizikası və texnologiyası”, 2220.01 - “Yarımkeçiricilər fizikası”, 5502.01 - “Ümumi tarix”, 6310.01 - “Sosial problemlər” ixtisasları, həmçinin ümumi fizika və ümumi tarix fənlərindən fərq imtahanları üzrə doktorant və dissertantların onlayn doktorluq imtahanı keçirilib.
İmtahanlar müvafiq kafedralar üzrə imtahan komissiyaları tərəfindən qəbul edilib. Komissiya üzvləri iddiaçıların ixtisas üzrə hazırlığını, elmi araşdırma imkanlarını qiymətləndiriblər.
Doktorant və dissertantlarla dissertasiya mövzusu üzrə əlavə proqram əsasında tərtib olunmuş suallar ətrafında müzakirələr aparılıb və onlara gələcək elmi fəaliyyət istiqamətlərində tövsiyələr verilib.
![]() |
![]() |
Xəbərlər
Müstəqilliyimizin əbədi rəmzi
Müstəqilliyimizin əbədi rəmzi
Milli qürur günümüz
Milli qürur günümüz
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ


